Colinin arzusu həyata keçmədi
Tarix: 3-09-2019, 11:37

Colinin arzusu hÉyata keçmÉdi

Bir neçə gün bundan əvvəl “YouTube” səhifəsi açan Hollivud ulduzu Ancelina Colinin hesabı bağlanıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paylaşım platformasının rəhbərliyi tərəfindən rəsmi olaraq tanınan səhifə səbəbsiz yerə silinib. 
44 yaşlı aktrisanın 4 min abunəçisi olan “Youtube”sinə girənlərə “Bu səhifə paylaşım platformasıın siyasətini pozduğu üçün ləğv edilib” –deyə xəbərdarlıq qeyd olunur. 
Xatırladaq ki, kino ulduzu artıq “Youtuber” kimi fəaliyyət göstərəcəyini açıqlamışdı. 

Paylaş: