Rus model kraldan ayrılmasından danışdı
Tarix: 2-09-2019, 10:29




“Miss Moskva-2015” müsabiqəsinin qalibi Oksana Voyevodina İndoneziyanın keçmiş kralı V Məhəmməddən boşanma haqqında ilk dəfə danışıb.

BiG.AZ “lenta.ru” saytına istinadən xəbər verir ki, o, bu haqda İnstagram hesabında yazıb.

Modelin sözlərinə görə, o, boşanmanın əsl səbəblərindən danışmayacaq. O qeyd edib ki, bu, ağrılı ola bilər və heç kəsi yaralamağı arzulamır. Model əlavə edib ki, əgər həqiqəti açsaydı, onda özünü daha yaxşı hiss edərdi.

Qeyd edək ki, boşanma haqqında xəbər iyulun 17-də çıxıb. Yerli “New Straits Times” qəzetinin məlumatına görə, ər-arvad boşanma ilə bağlı sənədləri iyunun 22-də Sinqapur məhkəməsinə verib. Boşanma proseduru iyulun 1-də başa çatıb.

Xatırladaq ki, model V Məhəmmədlə 2018-ci ilin noyabrında evlənmişdi.

Rus model kraldan ayrılmasından danışdı - FOTOLAR

Rus model kraldan ayrılmasından danışdı - FOTOLAR

Rus model kraldan ayrılmasından danışdı - FOTOLAR


Paylaş: