İlhamə Quliyevanın yaxın adamı onun DÜŞMƏNİ İLƏ BARIŞDI - 1 saata yaxın...
Tarix: 2-09-2019, 10:28




Prodüser-aparıcı Tarix Əliyev (Tolik) mərhum xalq artisti İlhamə Quliyevanın uzun illər düşmənçilik etdiyi Flora Kərimovaya ağ bayraq qaldırıb.

UlduzumSan.Az milli.az-a istinadən xəbər verir ki, İlhamə Quliyevanın sağlığında onun ən sadiq adamı olan prodüser Tolik Flora Kərimova ilə illər sonra barışıq elan edib.

Tolik bu addımı mərhum sənətkarın ölümündən 3 il sonra atıb. Bu barədə prodüser-aparıcı Flora Kərtimova ilə videosunu paylaşaraq məlumat verib.

Tolik paylaşımına "Bilirsiz ki, mən İlhamə Quliyevanin həyatda dostu olmuşam (kimlərsə deyir ki, ay İlhamə mənə hər sözün deyirdi, nə bilim sirdaşı idim. Bilin ki, yalandi) Onun yaxın dostları aparıcı Lamiyə Ələkbərova, Faiq ATV, Ülvi Qılınc və mən idim. Amma Flora xanımın sənətinə hər zaman hörmətim olub, danışmasaqda mən ona sayğı ilə yanaşmışam və 3 gün öncə Flora xanımla 1 saata yaxın telefonla danışıb barışdıq. Çünki ən böyük silah düzgün olmaqdı! Bu mahnını da mən istədim Flora xanim oxusun" açıqlamasını edib.

Bu da həmin video:

VİDEO BURADA​​​

Paylaş: