“Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalda finala çıxdı
Tarix: 2-09-2019, 09:12



“Nobel qardaşlarının ilk uğuru” filmi İtaliyada keçirilən “Cinema Povero” Beynəlxalq Festivalının finalına vəsiqə qazanıb.
Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
O qeyd edib ki, “SSP Production” tərəfindən istehsal olunmuş “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi “Cinema Povero” Beynəlxalq Festivalında ən yaxşı sənədlər kateqoriyası üzrə finala vəsiqə qazanıb. “Sentyabrın 20-də ekran əsəri digər ölkələrin filmləri ilə birincilik uğrunda mübarizəyə başlayacaq. Əgər müsabiqənin şərtlərinə uyğun olaraq yüksək formatda görüntü təqdim edə bilsək, inanıram ki, yüksək yer tutacağıq”, - deyə o bildirib.
“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Ekran əsərinin çəkilişləri bu ilin martında başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.

Paylaş: