Xalq artistinin anım günüdür
Tarix: 31-08-2019, 10:17




Bu gün Azərbaycanın Xalq artisti Oqtay Zülfüqarovun anım günüdür. 
UlduzumSan.Az-ın məlumatına görə, Zülfüqarov Oqtay Qədir oğlu 1929-cu il may ayının 31-də anadan olub.
"Əlibaba və 40 quldur", "Sehrli alma”, "Meşə nağılı", "Pişik və sərçə", "Ulduz-qız” operalarının, "Şəngülüm, Şüngülüm, Məngülüm", "Xoruz", "Onadək sayıram", "Laylay", "Top oynayaq", "İlk mahnılarım", "Telefon" kimi uşaq operettalarının müəllifidir. Ölkədə uşaqlar üçün ən çox musiqi bəstələmiş, mahnı yazmış bəstəkar kimi tanınır.
Həmçinin bir neçə kukla teatrı tamaşası üçün musiqi yazıb. Romansları, instrumental musiqisi, uşaq mahnı məcmuələri populyardır.
Oqtay Zülfüqarov 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.
İstedadlı bəstəkar 2016-cı ildə 87 yaşında dünyasını dəyişib.

Paylaş: