“Adam var ki, soyunanda göstərməyə heç nəyi olmur, amma Afaqın gözəl fiqurası var...”
Tarix: 31-08-2019, 09:11



Müğənni Afaq Aslan toy qiymətini açıqlayıb və bildirib ki, o, toya yarım saatı 2000 manata gedir. Müğənni  bölgələrdə olan toylara getmədiyini deyib.  

Məsələyə münasibət bildirən müğənni Əli Mirəliyev Moderator.az-a açıqlamasında Afaq Alsanı müdafiə edib və bildirib ki, o, çox gözəl müğənnidir:

“Afaq toya iki min manata gedir, əcəb edir, yaxşı edir. Verməsinlər, o da getməsin. Yazıq neyləsin iki min manat deyir ki, beş yüz, yeddi yüz versinlər də. Onun da ailəsi var. O, sözdü də deyir, bəyəm ona iki min manat verirlər?”

“Bəs niyə Afaq Aslana iki min manat verməzlər?” sualına isə Ə.Mirəliyev belə cavab verib:

“Sizə bir söz deyim ki, Afaq Aslanı mən dünəndən tanımıram. O, bəstəkar mahnıları oxuyub. Sadəcə indiki müğənnilər necə toy bazarına işləyirlər o, da bu cür etdi. Afaq əvvəllər bizim Şövkət Ələkbərova, Gülağa Məmmədov kimi oxuyub. Sadəcə gördü ki, dolana bilmir və ona görə də keçdi bu yola”. 

“Mahnılarıyla yanaşı, Afaqın açıq-saçıq fotolarını bəyənirsinizmi? sualını cavablandırarkən Ə.Mirəliyev sosial şəbəkədən istifadə etməsə də, Afaqda hər şeyin təbii olduğunu deyib:  

“Mən fotolara baxa bilmirəm axı. Ümumiyyətlə, sosial şəbəkədən istifadə etmirəm. Mən ancaq insanların oxumağına dəyər verirəm. Soyunur-geyinir özü bilər. Adam var ki, soyunanda göstərməyə heç nəyi olmur, amma Afaqın göstərməyə gözəl bədəni, fiqurası var. Afaqda hər şey təbiidi, yığdırma deyil. Onda hamısı yerindədi, Afaq anadangəlmə gözəl xanımdır”. 

Ə.Mirəliyev Afaq Aslanın tez-tez əməliyyat şəkillərini paylaşmasından da danışıb:

“Yalandı, onda heç nə əməliyyat olunmayıb. Məni onu canlı görmüşəm və onda heç bir dəyişiklik yoxdur. Bunları yalandan deyirlər”. 

Paylaş: