“Ayda 100 dollar, bahalı maşın və villa istəyirəm” – Şəhriyar
Tarix: 30-08-2019, 16:53



“40 yaşından sonra pilləkənlərdən aşağı düşürsən. Maşın sürə bilmirəm, istəyirəm öyrənim, sonra bahalı bir avtomobil alım”.
Musavat.com xəbər verir ki, bu sözləri bu gün 40 yaşını qeyd edən aparıcı-aktyor Şəhriyar Əbilov deyib. 
Subay olan aktyor evlənmək istədiyini də dilə gətirib: “Dənizkənarında hovuzlu bir həyət evi istəyirəm. Evlənmək, üç övladımın olmasını da istəyirəm: iki oğlan, bir qız. Bir də stabil olaraq hər ay 100 min dollar pul istəyirəm”.

Paylaş: