“Avlu”nun ulduzu gizli evləndiyini açıqladı
Tarix: 30-08-2019, 16:06

âAvluânun ulduzu gizli evlÉndiyini açıqladı

Məşhur “Avlu” serialının Kudreti, aktrisa Nursel Köse hər kəsi təəccübləndirəcək açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, o, 14 illik sevgilisi Ulrich Mertinlə gizli şəkildə evləndiyini bildirib. 
Teatr və serial ulduzu bu barədə Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramında məlumat verib. Nursel Ulrichlə Danimarkada ailə qurduğunu qeyd edib:
“Bu günə kimi hamıdan gizlətmişəm. Kopenhagendə evlənmişik. Orada nikah bağlamaq çox asandır. 15 gün ərzində sənədləşmə işi başa çatır. Özəl gün idi və bu özəl günümüzü qorumaq istədim. O mənə, mən də ona evlilik təklifi etdim. İkimiz də “bəli” cavabını verdik. Sadəcə ailə üzvlərimiz və yaxın dostlarımız bundan xəbərdardır.  Həyat yoldaşım da Almaniyada yaşayırdı, indi Türkiyəyə köçüb. Musiqiçidir”. 




Paylaş: