"O vaxt Habil Əliyevdən soruşurdum ki, Habil, necəsən, deyirdi hələ ki, dözürəm"
Tarix: 29-08-2019, 09:08




Bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artisti, muğam ustadı Canəli Əkbərov ev şəraitində müalicələrini davam etdirir. 

Muğam ustadı Moderator.az-a açıqlamasında səhhətindən danışıb:

"Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Ayaqlarımdakı problemlər də düzəlir, yeriməkdə elə də çətinlik çəkmirəm. O vaxt Habil Əliyevdən soruşurdum ki, Habil, necəsən? Deyirdi hələ ki, dözürəm. Bilirsiniz ki, mənim bütün müalicə xərclərimi Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz üzərinə götürdü. İlk növbədə Mehriban xanıma öz təşəkkürümü bildirirəm".

Xalq artisti xəstəxanada yatarkən ona baş çəkən sənət dostlarına da minnətdarlıq edib:

"Sənət dostlarıma və mənə hörmət edib baş çəkən insanlara öz təşəkkürümü bildirirəm. Heç birisindən narazılığım yoxdur. Allah qarşısında hörmətli olsunlar".


Paylaş: