Məşhur kinorejissor Vaqif Mustafayevin doğum günüdür
Tarix: 28-08-2019, 10:09



Bu gün Azərbaycan kino rejissoru, Azərbaycanın Xalq artisti, ssenari müəllifi, aktyor, film bədii rəhbəri Vaqif Mustafayevin doğum günüdür.
Cebhe.info xəbər verir ki, Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini 3 saylı məktəbdə alıb. Sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib. 
Xalq artisti, dövlət mükafatları laureatı Vaqif Mustafayevin çəkdiyi filmlər bir sıra Beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
Azərbaycanın kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına, 28 avqust 2013 -cü ildə Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib. 
Vaqif Mustafayev Serbiya İncəsənət Akademiyasının fəxri professoru adına layiq görülüb, bu ali təhsil ocağında sənət adamlarına ustad dərsləri keçib. 2 sentyabr 2013-cü ildə Vaqif Mustafayev Azərbaycan və Serbiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Serbiya bayrağı" ordeni ilə təltif edilib.
"Space" kimi böyük bir telekanala rəhbərlik edən Vaqif müəllimi UlduzumSan.Az adından təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Paylaş: