Rübabə Muradovanın anım günüdür
Tarix: 28-08-2019, 10:07



Bu gün əvəzolunmaz səs sahibi Rübabə Muradovanın anım günüdür.
Cebhe.info xəbər verir ki, Azərbaycan müğənnisi Rübabə Muradova 1933-cü ilin mart ayında Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib.
1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Bu teatrın səhnəsində “Leyli və Məcnun” operasında Leyli, “Əsli və Kərəm”də Əsli, “Şah İsmayıl”da Ərəbzəngi,
“Gəlin qayası”nda Sənəm kimi partiyaları ifa edib. Bunda əlavə o, xalq mahnılarını və təsnifləri də böyük ustalıqla ifa ediridi.
O, 1971-ci ildə Xalq artisti adına layiq görülüb.
Rübabə Muradova 28 avqust 1983-cü ildə Bakıda dünyasını dəyişib.

Paylaş: