Elmanın ad günündə "ulduz yağışı"
Tarix: 28-08-2019, 08:39




"Show xeber"  səhifəsinin baş admini, maqazin dünyasında tanınan Elman  doğum gününü qeyd edib.
 
UlduzumSan.Az xəbər verir ki, paytaxt məkanlarından birində baş tutan məclisə şou-biznesin tanınmış simaları da qatılıb. Onların sırasında rəqqasə Renka Ağamuradova, müğənnilər Elnar Xəlilov, Günay Əzimova, Rahidə Baxışova, Dəniz Firudinli, aktrisa Cəmilə Tagızadə Temiz, meyxanaçı Tərlan Novxanı,  eləcə də tanınmış jurnalistlər və stilistlər iştirak edirdilər. 
Şən ab-havalı məclisdə müğənnilər Gülruh Nəcəfova və Fərid Şərifovun dueti qonaqlar tərəfindən məmnunluqla qarşılanıb.
 
Gecənin aparıcısı Gülruh Nəcəfova və Sübhanə İsgəndərova olub.  Jurnalistin xoş günü əyləncəli məqamlarla yadda qalıb.
 
Ad günündən olan fotoları yayımlayırıq:







Paylaş: