Anasından Sərdar Ortacın boşanmasına — MARAQLI MÜNASİBƏT
Tarix: 27-08-2019, 15:57



Tanınmış türkiyəli müğənni Sərdar Ortacın boşanma qərarına ilk münasibət anasından gəlib.
 "Ölkə.Az" xəbər verir ki, irlandiyalı Chloe Loudhnanla 5 illik evliliyinə son verən sənətçinin anası Nesrin Ortac bildirib ki, oğluyla gəlininin övladları olsaydı, bu ayrılığa daha çox təəssüflənərdi: 
 Təbii ki, bundan çox üzüldüm, amma oğluma dəstək olmalıyam.Hər ikisi üçün də  xeyirli olsun. Övladları yoxdur, əgər övladları olsaydı daha çox üzülərdim”.

Nesrin Ortac gəlini Chloe haqqında xoş fikirlər səsləndirib: “Chloe çox hörmət etməy bacaran  bir qız idi.Mən onun heş bir pisliyini görmədim. Mən onun şəxsi həyatına qarışmıram. Sərdarın bəyəndiyi qız hər zaman mənim başımın tacıdır”.

Paylaş: