Şəbnəm Tovuzlu Aqşin Fatehə elə söz dedi ki... "Hacı sənə bir qapaz vurar"
Tarix: 27-08-2019, 12:11




Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində maraqlı anlar yaşanıb.
AzNews.az xəbər verir ki, verilişin qonaqları meyxanaçı Aqşin Fateh, fotomodel Müjgan Ayxan və müğənni Şəbnəm Tovuzlu olub. Meyxanaçı klipində Müjgana rol verməsindən danışıb. Bildirib ki, Müjganı türkiyəli müğənni Ebru Gündeşə bənzətdiyi üçün klipə dəvət edib.
"Uşaqlıqdan Ebru Gündeşi çox sevirəm", - deyən meyxanaçıya Şəbnəm Tovuzlu "Sibel Canı sevmirdin?", -deyə sual ünvanlayıb. Hər zaman Sibel Cana bənzədilən Şəbnəmin bu sualı meyxanaçıya verməsi aparıcı Tarix Əliyevin diqqətini çəkib.
"Sibel Canı sevsə nə olacaqdı? Səni sevəcəkdi? Bax özün qaşınırsan. Evə gedəndə Hacı qapazı vurar sənə. Bax Hacı...!",- deyə verilişin aparıcısı Tolik müğənninin ərinə müraciət edib.




Paylaş: