Tanınmış aktyor vəfat etdi
Tarix: 16-09-2017, 08:32


Amerikalı aktyor Qarri Din Stenton vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hollywood Reporter” məlumat yayıb.
Aktyor 91 yaşında Los-Anceles xəstəxanasında dünyasını dəyişib.
O, “Nyu-Yorkdan qaçış”, “Çəhrayı geyimli qız”, “Yaşıl Mil” kimi filmlərdə rol alıb.

Paylaş: