“O, bir çox obrazları yaratmamış həyatdan getdi...”
Tarix: 27-08-2019, 08:12




Xalq artisti Həsən Məmmədovun anım günüdür. Aktyor bir çox filmlərdəki kimi “Dəli Kür”də filmi səsləndirənlərdən biridir. 

“Dəli Kür” filmində Mollaxana şagirdi rolunda oynayan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Moderator.az-a açıqlamasında H.Məmmədovun ən istedadlı aktyorlarımızdan biri olduğunu dedi:

“Həsən Məmmədov Azərbaycanda ən üzdə olan və ən istedadlı aktyorlarımızdan biri olub. Onun çox gözəl aktyorluğu var idi, onu insan olaraq təvazökar və sakit bir adam kimi tanıyırdım. H.Məmmədov bizim Abbasqulu bəy Şablinskimizdi, o, bizim “Komsomol” poemamızdakı Bəxtiyarımızdır, “Gün keçdi”dəki gözəl bakılımızdır. Ümumiyyətlə, o, Azərbaycan kinomatoqrafiyasının bir hissəsidir və güclü aktyorlarımızdan biri olub. Amma təəssüflər olsun ki, həyatdan tez və bir çox obrazları yaratmamış getdi”.


Paylaş: