"Nə doğum dedim, nə ölüm..." - İradə İbrahimova yaşadığı çətinliklərdən danışdı
Tarix: 26-08-2019, 12:38




Müğənni İradə İbrahimova “Bilsən də, bilməsən də” mahnısını paylaşaraq bu günə kimi keçdiyi sənət yolundan söz açıb:
“15 yaşında iş həyatının nə olduğunu bilmədən ilk qonorarımı aldım. Həyat ilk olaraq ruzimi əlimə sıxışdırdı. Sonra fasilələr, ta ki, 19 yaşına gəlincəyə qədər. 19 yaşımda həm universitetdə oxuyub, həm də işləməyə başladım və bu fasiləsiz tam 15 ilə yaxın professional iş həyatımda çox həyəcanlar yaşadım, çox gözəl işlərə imza atdıq. Tək deyildim, dəstək olan, əlim-qolum olan gözəl ürəkli insanlarla addımladım, çoxaldım sizlərlər. Özümü tanıyandan bəri çox çalışdım. Qarnım burnumda belə səhnəyə çıxmağa can atdım və çıxdım. Nə doğum dedim, nə ölüm, dayanmaq istəmədim.  Arı kimi çalışdım. Məni mən edən Allaha, ailəmə əsas da bacım Nigar İbrahimovaya, hələ də dəstəklərini əsirgəməyən, yanımda olduqlarını hiss etdirən çox dəyərli insanlara, 19 yaşımın enerjisinə salam olsun”
Paylaşıma Elnarə Xəlilovanın “Duet təklifimi düşün”  yazmağı da izləyicilərin gözündən yayınmayıb. 




Paylaş: