Azərbaycanlı aktrisa “Yemin”də
Tarix: 26-08-2019, 12:28




ATV kanalının məşhur “Vicdan haqqı” serialında Nərmin obrazı ilə tanınan aktrisa Yağmur Şahbazova Türkiyədə fəaliyyətə başlayıb. 
“Qafqazinfo” xəbər verir ki, o, yeni sezonda kanal 7-də yayımlanan “Yemin”lə tamaşaçı qarşısına çıxacaq.  O, ekran işinin 71-ci bölümündən etibarən azərbaycanlı qadın obrazını canlandıracaq. 
Qeyd edək ki, Yağmur Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, Əməkdar artist Esmiralda Şahbazovanın qızıdır.  

VİDEO BURADA​​​

Paylaş: