Məşhur teleaparıcı arvadı ilə motosiklet qəzasına düşdü
Tarix: 26-08-2019, 10:08




Rusiyalı teleaparıcı Dmitri Dibrov həyat yoldaşı ilə birlikdə motosiklet qəzasına düşüb.
 
UlduzumSan.Az oxu.az-a istinadla xəbər verir ki, bu haqda Polina Dibrova öz "İnstagram" səhifəsində bildirib.
 
"Dünən ağaca çırpıldıq. Bəlkə də o bizə. Hər zaman ekstrim xoşlamışam, amma 3-cü uşaq doğulandan sonra bu əyləncələr kəsildi", - yazaraq, 30 yaşlı "Missis Rusiya-2017" 59 yaşlı əri ilə motosiklet dəbilqələrində şəklini yerləşdirib.
 
Qeyd etmək lazımdı ki, ər-arvad bi il toylarının 10 illiyini qeyd edirlər: onlar bir neçə il görüşdükdən sonra 2009-cu ildə münasibətlərini rəsmləşdiriblər. Bu Dibrovun ailə qurmaq üçün 4-cü cəhdidir. Cütlüyün 3 uşağı var.







Paylaş: