Azərbaycan filmi ABŞ-da 24 karatlıq qızıl priz qazandı
Tarix: 26-08-2019, 09:07



“Şollerin arxivi” bədii filmindən növbəti beynəlxaql uğur

Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş “Şollerin arxivi” bədii filmi daha bir veynəlxalq yarışmada digər ölkələrin ekran əsərləri ilə mübarizə aparıb. Nəticədə film “2019-cu ilin ən yaxşı bədii film” kateqoriyası üzrə nüfuzlu “Accolade Qlobal Film Yarışması”da “Accolade heykəlciyi” - 24 karatlıq qızıl prizə layiq görülüb.
 
Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib:

Onun sözlərinə görə, “Accolade heykəlciyi” yüksək keyfiyyətli filmlər və yeni media işi istehsal edən rejissorların uğurlarını təqdir edir. Bu isə rejissorların etibarlılıq və populyarlıq qazanmalarına kömək etmək niyyəti daşıyır. Qaliblər 44000+ e-poçt sənayesi mütəxəssislərinin, habelə əlavə beynəlxalq media qurumlarının məlumat bazasında elan olunur.
2003-cü ildə qurulan “Accolade Global Film Yarışması” hazırda 16-cı ildir ki, sənayedə yüksək səviyyəli, nüfuzlu qlobal film yarışması kimi tanınıb. “Accolade Qlobal Film Yarışması” istedadlı rejissorlara, prodüserlərə, aktyorlara və yaradıcı kollektivlərə layiq olduqları qiyməti verir.  
C.Qasımovun sözlərinə görə, “Accolade Qlobal Film Yarışması” film, yeni və eksperimental media, televiziya proqramları, animasiya, təhsil proqramları, remiks və mashuplar, film qoşquları, musiqi videoları, veb-diodların tanıdılması üçün əla məkandır.
Hər il “Accolade Qlobal Film Yarışması”na minlərlə film giriş alır. Müsabiqədə keyfiyyət və yaradıcılıq dörd səviyyədə mükafatla qeyd olunur.
 
 “Bu, mənim üçün çox sevindirici bir hadisədir. Onu da qeyd edim ki, bizim “SSP Production”un istehsal etdiyi “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi də “Accolade Qlobal Film Yarışması”na seçilib. Bu filmimiz də butun mərhələləri keçərək, “Accolade Qlobal Film Yarışması”nda - 24 karatlıq qızıl piriz uğrunda yarışacaq”,- Cəlaləddin Qasımov deyib.
 
Xatırladaq ki, “Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
 
Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.
 
“ Accolade Global Film Competition”  festivalında mukafat alan filmlərin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
 
http://accoladecompetition.org/awards-of-recognition-august-2019/?fbclid=IwAR2KQfKsBH3HAl6S7VaZIfeXa7YHOGsWI9c7dVbZjxnK4n0RZoQfbSR6FqI​​​

Paylaş: