“Soruşun ki, yaşamaqdan yorulmamısan, ölmək istəmirsən ki?”
Tarix: 26-08-2019, 08:49



Dünən Xalq şairi Fikrət Qocanın doğum günü idi. F.Qoca 1935-ci ildə anadan olub. Xalq şairi Moderator.az-a açıqlamasında doğum günü haqda danışıb:

“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü elə də təmtəraqlı qeyd etmək fikrim yoxdur, indi yol gedirəm. Başqaları kimi siz də soruşun ki, yaşamaqdan yorulmamısan, ölmək istəmirsən ki?”

F.Qoca Azərbaycan Yazıçılar Birliyinə qarşı olan təzyiqlərdən də danışıb: 

“Azərbaycan Yazıçılar Birliyinə təzyiq yoxdur, ağızdı də danışır. Mən kifayət qədər yaşamışam və adamlar görmüşəm. Bəziləri bizə qarşı danışır, bizi ittiham edir. Amma elələri var ki, öz işini görür, yazılarını yazır. Ona görə də belə şeylər məni yormur. Qaldı ki, özümü bu yaşda yaxşı hiss edirəm və yaşayıram”.

Paylaş: