Röyaya görə Naxçıvanda ajiotaj yaşandı
Tarix: 26-08-2019, 08:26




Əməkdar artist Röya Ayxan  Naxçıvanda solo konsert verib.
UlduzumSan.Az  xəbər verir ki, sənətçi Saat Meydanında təşkil olunan gecə üçün özəl hazırlaşıb. Belə ki, meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib.  Röyanın komandasına daxil olan 70 nəfər tədbirə cəlb olunub. Bundan əlavə, sənətçi gecə üçün xüsusi repertuar seçib. O, pərəstişkarları üçün 2 saat ərzində bir -birinin ardınca hit mahnılarını  səsləndirib. Onu səhnədə öz ansamblı  müşayiət edib. Həmçinin pop ifaçısı səhnədə bir fərqli geyimdən istifadə edib. Röya konsertdə mahnılarını canlı səsləndirib. Müğənni "Doldur ürəyimi...”, “Gün Gələr”, “Yaz aylar”ı  ifa edən zaman anşlaq yaşanıb.
 Onu da əlavə edək ki, Saat Meydanında bir neçə müğənninin konserti olub. Bu il üçün bağlanış konsertini Röya edib.








Paylaş: