Aparıcıdan qızı boşanan Manaf Ağayevə dəstək: "Öz işinizlə məşğul olun!"
Tarix: 22-08-2019, 12:23




Teleaparıcı Sərxan Kərəmoğlu müğənni Manaf Ağayevə dəstək olub.
“Yeni Sabah” xəbər verir ki, aparıcı sosial şəbəkədə video yayımlayaraq M.Ağayevə və ailəsinə dəstək olub:
“Bu videonu çəkməyi özümə dostluq, qardaşlıq borcu bildim. Sosial şəbəkələrdə sənətkarın ailəsi haqqında yazılan yazıları oxudum. Gəlin, öz ailəmizdə olan problemləri həll edək. Manaf qeyrətli oğuldur, Manaf şərəfli oğuldur. Öz işinizlə məşğul olun!”
Qeyd edək ki, Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan boşanıb. T.Hüseynov Manaf Ağayevin ailəsinin ondan 150 min manat tələb etməsi xəbəri ilə qalmaqal yaratmışdı. 

VİDEO BURADA​​​

Paylaş: