"O, hər halı ilə gözəldir” – Burak Özçivit
Tarix: 22-08-2019, 11:40



“Diriliş Osman” serialı ilə izləyicilərin qarşısına çıxmağa hazırlaşan aktyor Burak Özçivit dünən restoran çıxışında obyektivlərə tuş gəlib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor həyat yoldaşı Fahriye Evcenin kökəlməsi ilə bağlı suallara “Fahriye çox yaxşı anadır. O, hər halı ilə gözəldir”, - deyə cavab verib. 
Qeyd edək ki, aprel ayında ana olan aktrisa hamiləlik sonrası həddindən artıq kökəldiyinə görə izləyiciləri tərəfindən tənqid olunmuşdu. 




Paylaş: