Dünyanın ən bahalı 10 aktyoru
Tarix: 22-08-2019, 11:31




Onlar bir ildə bu qədər qazanıblar
“Ölkə.Az” xəbər verir ki, “Forbes”in Amerika versiyası illik  dünyanın ən bahalı aktyorlarının  reytinqini açıqlayıb.
İlk 10 topluqda yer alan aktyroların yarısı “Qisasçılar”  filminin aktyorları olub. Siyahıya isə Dueyn Conson başçılıq edir. “Skala” ləqəbi ilə çağırılan  Dueyn Conson  1 iyun 2018-ci il-dən 1 iyun 2019-cu il-dək  89,4 milyon dollar qazanc əldə edib.
Bununla da o Hollivudun ən bahalı aktyoru adını qazanıb. Kris Xemsvort - 76,4 mln dollarla ikinci yerdə,  Robert Dauni-kiçik- 66 milyon dollarla üçüncü, Akşay Kumar-65 mln.dollarla dördüncü,  Ceki Can -58 mln.dollarla beşinci, Bredli Kuper 57 mln. dollarla altıncı, Adam Sendler-57 mln.dollarla  yeddinci,  Kris Evans-43,5 mln.dollarla səkizinci, Pol Radd-41 mln.dollarla doqquzuncu, Uill Smit-35 mln.dollarla onuncu yerdə qərarlaşıb.

Paylaş: