Ben Afflekin qardaşı qadınlarsız dünya haqqında film çəkib
Tarix: 22-08-2019, 11:04




Hollivud aktyoru Ben Afflekin qardaşı amerikalı rejissor Keysi Afflek "Həyatımın işığı" adlı postapokaliptik film çəkib.
AzNews.az bildirir ki, bu barədə “Movie Maker” yazır.
Lentdə qadınsız dünya haqqında danışılır. Filmin süjetinə görə qadınlar kütləvi şəkildə naməlum xəstəlikdən ölürlər. Şəkil kişilərə məxsus olan dünyanı göstərir.
Filmin süjetinə əsasən, immunitetli çox az sayda qadın sağ qalıb və onlar qapalı, mühafizə olunan bunkerlərdə qaçqın kimi yaşayırlar.
Rejissorun özünün də filmdə rollardan birini ifa etdiyi bildirilir.

Paylaş: