Komadan ayılan İnstagram fenomenindən qan donduran sözlər - "İçkimə dərman qatıb..."
Tarix: 22-08-2019, 10:33




Bir müddət əvvəl yüksəklikdən düşərək komaya düşən məşhur rus İnstagram fenomeni Yekaterina Bobkova ayılıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fenomen yaşanan hadisənin qəza olmadığını və futbolçular Aleksandr Kokorin və Pavel Mamayevin adamları tərəfindən öldürülməyə çalışdığını deyib:
"Həmin gün iki stəkan şərab içdim. İçki yuxu gətirdi. Sonra bir anda hər şey qaraldı. Futbolçunun tutduğu adamlar şahid olmamağım üçün içkimə dərman atdılar. Sonra başıma vuraraq məni binadan atdılar".
Yekaterina futbolçuların diplomat Denis Pakı döydüyünə şahid olub.
Belə ki, məhkəməyə bir neçə gün qalmış fenomenin binadan düşməsi şübhəyə səbəb olub.
Futbolçular davadan 18 ay həbs cəzası alaraq canlarını qurtarıblar.
Komadan ayılan fenomen həqiqəti deməklə yanaşı futbolçuları məhkəməyə verib.
Qeyd edək ki, İnstagram fenomeni Yekaterina may ayında Çexiyada binanın dördüncü mərtəbəsindən düşərək ağır yaralanıb və komaya düşüb.



image description





Paylaş: