Manafın qızı ikinci həyat yoldaşından da AYRILDI — Səbəbi ŞOKA SALACAQ
Tarix: 21-08-2019, 17:36




Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.
UlduzumSan.Az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, müğənninin kürəkəni bu gün keçmiş xanımı ilə Bakı Apleyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyirinə qərar çıxarıb.
İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini bildirib.
Müğənninin qızında psixi pozğunluq olduğunu qeyd edən qarşı tərəf, Səmayənin səhhəti ilə bağlı olaraq övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyib: 
"Övladımız olmadığı üçün biz ayrılmışıq. Sadəcə şər, böhtan atırlar ki, "Niyə qızımı boşadın, niyə belə elədin?". Hamısı əsassız iddialardır. İndi məni veriblər Apelyasiya Məhkəməsinə. Güya ki, mən elə-belə evlənmişəm, boş yerə. Güya mən bunları aldatmışam. Mənim aldığım qızılları Manaf Ağayevin qızı özü ilə aparmışdı. İndi də deyilər o qızıllar səndədir". 
İki il yarımdır ayrıldıqlarını bildirən Taleh, artıq 2 ildir ki, məhkəmələrdə qaldığını qeyd edib. Manaf Ağayevin keçmiş kürəkəni boşandıqdan sonra cehizlərini olduğu kimi ata evinə "yola salsa" da ondan bunun üçün 150 min manat tələb etdiklərini sözlərinə əlavə edib. 
 
Vəkili isə Almaniyada işini-gücünü atıb uzun zamandır məhkəmələrə görə Talehin Bakıda qaldığı üçün Manaf Ağayevin ailəsinə 250 min manatlıq təzminat "davası" açacaqlarını bildirib.
Qeyd edək ki, Taleh M.Ağayevin qızının ikinci həyat yoldaşı olub. Səmayə xanım 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəni Orxanın narkotik maddə aludəçisi olduğunu bildirmişdi.

VİDEO BURADA​​​





Paylaş: