“Matrix 4” gəlir
Tarix: 21-08-2019, 12:56




Dünyanın ən böyük film istehsalı və televiziya yayım şirkətlərindən biri olan “Warner Bros” film tarixində iz buraxan “Matrix”in dördüncüsünün çəkiləyəcəyini açıqlayıb.
 
Primetime.az xəbər verir ki, filmin baş rollarında yenə “Neo” obrazı ilə Keanu Rivs və “Trinity” obrazı ilə Kerri-Anna Moss olacaq. “Warner Bros” və “Village Roadshow Pictures”in birgə çəkəcəyi “Matrix 4″ün rejissoru və ssenaristi Lana Vakovskinin olacaı qeyd olunub. “Matrix 4″ün davam filmi olub-olmadığı haqqında məlumat verilməyib. Filmin nə zaman çəkiləcəyi və izləyiciyə təqdim olunacağı bilinmir.
 
Xatırladaq ki, “Matrix”in ilk filmi 20 il öncə çəkilib. “Matrix” seriyasının üçüncüsü olan “The Matrix Revolutions” 2003-cü ildə dünyada eyni saatda təqdim edilən ilk film olub. 3 film ümumi olaraq dünya miqyasında 1 milyard 600 milyon dollar gəlir əldə edib.




Paylaş: