Məşhur cütlüyün 3 aylıq uşağı da aktyor oldu
Tarix: 21-08-2019, 12:39




3 ay bundan öncə ata olan Türkiyənin məşhur aktyoru Togahan Sayışmanın oğlu da seriala çəkilib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, aktyor rol aldığı "Şampiyon" serialında övladı Efehan ilə kamera qarşısına keçib.
Serial yaxın zamanda "TRT 1"in efirində yayımlanacaq.
Sayışman ekran işində oğlu Güneş üçün rinqlərə dönmək istəyən Qafqaz ləqəbli keçmiş çempion, boksçu Fırat Bölükbaşını, uşaqlığını isə övladı canlandırıb.

Paylaş: