"Səni Xəzər lay- lay deyib çağladı" - Məşhurlar şəhid pilotumuz haqda
Tarix: 21-08-2019, 12:15



Xəbər verdiyimiz kimi təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılaraq dənizdən çıxarılıb.
Bu gün yas mərasimi keçirilən şəhid pilotumuzu məşhurlar da unutmayıb, onunla bağlı paylaşımlar ediblər. 
“Yeni Sabah” xəbər verir ki, xalq artisti Flora Kərimova, əməkdar artist Lalə Məmmədova, İradə İbrahimova, Azərin kimi ifaçılar mərhum pilotun fotolarını paylaşaraq onun ailəsinə başsağlığı veriblər:
Flora Kərimova
“İndi rahat uyu, oğul!  Səni Xəzər lay- lay deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq... Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan Vətən-daşın var. Azərbaycan Səni fəxrlə anacaq.  Ruhun şad olsun,  oğul! Başın sağ olsun, Vətən!”

Lalə Məmmədova
“Vətən sənə “oğul”  dedi...! Nurlar içində uyu, xalqın fəxri, igid, qəhrəman oğlu, Rəşad Atakişiyev”.

Azərin
“24 iyulda Xəzər dənizi üzərində qəzaya uğrayan pilotumuz Rəşad Atakişiyevin nəşi tapılıb.  Şəhid pilotumuz Rəşad Atakişiyevə Allahdan rəhmət, acılı ailəsinə səbir diləyirəm. Məkanı cənnət olsun”.

Paylaş: