Tanınmış aktrisa vəfat edib
Tarix: 21-08-2019, 11:13

TanınmıŠaktrisa vÉfat edib


Rusiyanın Xalq artisti Aleksandra Nazarova vəfat edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, 79 yaşlı aktrisa ötən gün dünyasını dəyişib.
1940-cı il iyulun 17-də dünyaya gələn aktrisa teatr və kinoda yaddaqalan obrazlar yaradıb.
94 bədii filmdə maraqlı obrazlar yaradan aktrisa son dövrlərdə "Muxtarın qayıdışı" teleserialında iştirak edib.
Aleksandra Nazarova 55 il teatrda çalışıb.
Qeyd edək ki, Xalq artisti 2011-ci ildə oğlunu itirib. Aleksandra Nazarovanın oğlu Dmitri qəzada həlak olub.

Paylaş: