Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək
Tarix: 20-08-2019, 18:12



Əməkdar artist Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək. 
Bu barədə APA-ya müğənni özü məlumat verib.
O, bildirib ki, konsert oktyabrın 12-də Heydər Əliyev Sarayında baş tutacaq. 
Konsertin informasiya dəstəyi APA, News24.az Trend, Day.az və Milli.az-a məxsusdur. Biletləri şəhərin kassalarından, Asan xidmət mərkəzlərindən və iticket.az-dan onlayn şəkildə əldə edə bilərsiniz.  

Paylaş: