Ledi Qaqanın konserti təxirə düşdü - Xəstəxanaya yerləşdirildi
Tarix: 15-09-2017, 11:23


Amerikalı pop müğənnisi Ledi Qaqa budunda kəskin ağrılarla əlaqədar Braziliyadakı konsertini təxirə salmalı olub.
Trend-in məlumatına görə, bu barədə müğənni öz “Twitter” səhifəsində yazıb.
O, xəstəxanaya yerləşdirildiyini də məlumat verib: “Bu adi ağrı deyil, çox kəskin ağrıdır. Mən indi həkim nəzarətindəyəm”.
Qeyd edək ki, Ledi Qaqa sentyabrın 15-i Rio-de-Janeyroda “Rock in Rio” festivalında konsert verməli idi.

Paylaş: