"Evində yemək yediyi yerdə deyib ki, başım ağrıyır"
Tarix: 20-08-2019, 12:01



Dövlət Musiqili Teatrının tanınmış aktyoru Məhərrəm Qurbanovun səhhəti qəfil pisləşib.
Bu barədə "Ölkə.Az"a Qurbanovun həmkarı Elçin İmanov məlumat verib. Onun sözlərinə görə, aktyor insult keçirib. Hazırda vəziyyəti ağırdır:  
"Ümid Allaha qalıb. Hazırda vəziyyəti çox ağırdı, komadadır, süni nəfəs aparatına qoşulub. Yaşamaq ehtimalı çox aşağıdır. Deyilənə görə təzyiqi qalxıb. Amma heç vaxt təzyiqdən şikayət etməyib. Evində yemək yediyi yerdə deyib ki, başım ağrıyır. Həkim çağırıblar. Həkim gələnə qədər yerə yıxılıb. Həkim gəlib iynə-dərman edəndən sonra özünə gəlib. Sonra deyib ki, qulağıma səs gəlir. Bir az uzanıb, qəfil xırıldamağa başlayıb. Baxıblar ki, gözləri bir nöqtəyə zillənib...".
Qeyd edək ki, M.Qurbanov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Paylaş: