Kayahanın 16 illik xanımı evlənir
Tarix: 20-08-2019, 10:14




Türkiyənin əfsanəvi ulduzu, mərhum müğənni Kayahanın 16 illik həyat yoldaşı İpek Açar musiqiçi Alper Kömürcü ilə evlənir.

“Qafqazinfo” xəbər verir ki, iki ildir münasibətdə olan cütlük sentyabrın 13-də ailə həyatı qurur. Onlar tarixi oteldə ailə üzvləri və dostlarının iştirakı ilə nikah bağlayacaqlar.

Qeyd edək ki, Kayahanla İpek 1999-cu ildə ailə həyatı qurub. Onların bu nikahdan Aslı adlı qızları dünyaya gəlib. Kayahan uzun sürən xəstəlikdən sonra 2015-ci ilin aprelində vəfat edib.







Paylaş: