İndi də bu cizgi filmləri hədəfdədir: "Ninja Tısbağalar", "Bugs Bynni"...
Tarix: 19-08-2019, 17:29




Türkiyənin Diyanət İşləri Nazirliyi bəzi cizgi filmlərini hədəf alıb.
“Yeni Sabah” ölkə mətbuatına istinadən xəbər verir ki, Diyanət tərəfindən çap olunan aylıq ailə jurnalında uşaqların izlədikləri bəzi cizgi filmlərin onları şiddətə meyl etdirdiyi, həmçinin dini və milli hisslərə mənfi təsir göstərdiyi qeyd edilib.
Belə cizgi filmlərə nümunə olaraq "Ninja Tısbağalar", “He-man”,  "Bugs Bynni", "Voltran", "Təməl rəis" və s. adı çəkilib. 

Paylaş: