"Maşın" realiti şousu yenidən başlayır
Tarix: 19-08-2019, 16:28




Reytinqləri alt-üst edən "Maşın" realiti şousu yenidən start götürəcək.

UlduzumSan.Az xəbər verir ki, BAKU.WS-in eksklüziv əldə etdiyi məlumata görə, "M Group Production" şirkətinin istehsalı olan layihə oktyabr ayının 1-dən start götürəcək.

Budəfəki sürətdə tamaşaçıları bir çox yeniliklər gözləyir.

Xalq artisti Murad Dadaşovun aparıcılığı ilə davam edən şou ənənəvi olaraq ATV kanalında yayımlanacaq.

Paylaş: