Azərbaycanlı modeldən maraqlı addım FOTOLAR
Tarix: 19-08-2019, 16:11




Azərbaycanlı model və müğənni Stefano Suaros maraqlı addım atıb. Amerikanın Nyu-York şəhərində yaşayan model evinin bir hissəsini çəkiliş studiyasına ayırıb. UlduzumSan.Az-ın məlumatına görə, kompleksiz şəkilləri ilə tez-tez müzakirə olunan Stefano Suaros elə evində ilk fotosessiyasını edərək sosial şəbəkədə paylaşıb.
Dünyanın məşhur aktyorlarının dərs dediyi Nyu-York Film Akademiyasında təhsil alan yeganə həmyerlimiz olan Stefano paylaşımında yeni layihəyə hazırlaşdığına da işarə verib.
Qeyd edək ki, Stefano dünyanın ən məşhur moda şouları olan New-York Fashion Week, Style Fashion Week kimi şouların açılışını edən, onların juri heyətində oturan yeganə azərbaycanlıdır.










Paylaş: