Aktyor həyat yoldaşı ilə qəzada həlak olub
Tarix: 19-08-2019, 14:56





Alman aktyoru İnqo Kantorek avtomobil qəzasında həlak olub.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış alman teleaktyoru İnqo Kantorek və həyat yoldaşı İtaliyadan tətildən qayıdarkən yolda qəzaya uğrayıblar.
Avtomobili aktyorun xanımı idarə edib. Yoldan çıxan avtomobil ağır qəzaya uğrayıb. Nəticədə 44 yaşlı İnqo Kantorek və 48 yaşlı həyat yoldaşı yerindəcə keçiniblər.
Qeyd edək ki, alman teleaktyoru İnqo Kantorek "Kelln 50667" serialının qəhrəmanı olub.



Aktyor həyat yoldaşı ilə qəzada həlak olub
Aktyor həyat yoldaşı ilə qəzada həlak olub

Paylaş: