Vüqar Muradov Rəşad Sadıqovu TƏNQİD ETDİ — "Pensiyaya çıxmalıdır..."
Tarix: 19-08-2019, 14:53

Vüqar Muradov RÉÅad Sadıqovu TÆNQÄ°D ETDÄ°

Yeni ulduz" müsabiqəsinin qalibi Vüqar Muradov "Qarabağ"ın kaıitanı Rəşad Sadıqovu tənqid edib.
 "Ölkə.Az" xəbər verir ki, sənətçi millimizin sabiq kapitanının futbolla vidalaşmalı olduğunu diqqətə çatdıbır:
 "APOEL-lə sonuncu oyunda Bədavi Hüseynovun müdafiədə olmaması, bir də qoca Rəşadın hələ də oynaması. Məncə, Rəşad Sadıqov artıq olmamalıdı, "pensiyaya" çıxmalıdı. Müdafiə xəttimiz çox zəif çıxış elədi.  Biraz da arxayınlıq vardı. Ki, ilk oyunda 2:1 udduq, elə bildilər yenə elə olacaq. Ümumiyyətlə, bizdə arxayınlıq həmişə böyük problem olub. "Qarabağ" həmişə eyni futbolu oynamır. Bir də görürsən arxayınlıq olur. Təbii ki, Qurban Qurbanov böyük gücdü, böyük qüvvədi, ona söz yoxdu, Azərbaycanda tanıdığım məşqçilər arasında ən tələbkar, güclü məşqçidi. Ancaq bir məqamı qeyd edim, dini inancla, dini qardaşlıqla futbolu səhv salmaq olmaz. Kimsə din yoldaşıdı deyə oynatmaq olmaz. Bu adam artıq oynaya bilmir, yaşı keçib, o güc-qüvvət yoxdu artıq. Bir çox oyunçu var, onları oynatmalıdırlar. Ancaq nə olur-olsun, qəlbimizdə həmişə "Qarabağ" var". 
Qeyd edək ki, V.Muradov sözügedən fikirləri Sport7.az saytına müsahibəsində səsləndirib. 

Paylaş: