Sevimli aktyorun anım günüdür
Tarix: 19-08-2019, 10:07



Azərbaycan Respublikasının Əməkdar artisti Rafiq Hüseynovun anım günüdür.
Cebhe.info-nun məlumatına görə, Rafiq Mirzəcan oğlu Hüseynov 24 aprel 1941-ci ildə Hacıqabul rayonunda doğulub. 
25 may 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində işləyib.
Bir neçə tamaşanın müəllifi və quruluşçu rejissorudur. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Hüseynov 19 avqust 2018-ci ildə vəfat edib.

Paylaş: