Aygünün "möhtəşəm" çıxışı: İnstrumental, robotlar...
Tarix: 19-08-2019, 09:23




Verdiyi konsertlərin sayını itirən xalq artisti Aygün Kazımova durmadan sevənləri ilə görüşməyə davam edir. 
UlduzumSan.Az-ın məlumatına görə, bu dəfə sənətçi paytaxtda məkanların birində növbəti konsert proqramı ilə çıxış edib.  Səhnəyə ilk olaraq "Shur Trio"  çıxıb və onlar 1 saat boyunca Aygün Kazımovanın silsilə  mahnılarını instrumental ifa edib.
Daha sonra pop-diva çərhayı libasda səhnəyə çıxıb. Bir-birinin ardınca hit mahnılarını səsləndirən Aygün canlı ifası ilə yanaşı, söhbətləri ilə də tamaşaçıları əyləndirib. 
 Konsertdə möhtəşəmliyi ilə yadda qalan daha bir məqam “Atəşgah” qrupun ifasında Aygün Kazımova üçün qurulmuş mix -lazer şousu olub. 
Gecədə onu dinləməyə gələnlər arasında İlqarə Kazımova da yer alıb. 
Qeyd edək ki, konsertin təşkilatçısı Aygün Kazımovanın sənət dostu Xəyyam Nisanovdur. 










Paylaş: