Səlim Abbasov: "Özünüzü yığışdırın"
Tarix: 7-06-2017, 13:26



Əməkdar artist Səlim Abbasov əsəbləşibƏməkdar artist Səlim Abbasov əsəbiləşib. SİA-ya danışan ifaçı bəzi xəbər saytlarına xəbərdarlıq edib: "Bir neçə gün bundan öncə avtomobilimi yararaq, skripkalarımı oğurlamaq istəyirdilər. Lakin imkan vermədim. Oğrular məni görüb, skripkalarımı yerə atdılar. Musiqi alətlərim sındı. Mənə də 2 min manat maddi ziyan dəydi. Hadisə ilə bağlı polis bölməsinə şikayət etdim. Amma bəzi saytlar yazıb ki, guya belə bir hadisə olmayıb. Mən özümü reklam edirəm. Əsassız xəbər yazan saytlara demək istəyirəm ki, özünüzü yığışdırın. Bilin ki, mənim ucuz reklama ehtiyyacım yoxdur. Ağzınıza gələni yazmayın".

Paylaş: