Kənanla Beren Saatın boşanma xəbərlərinə — NÖQTƏ QOYULDU
Tarix: 16-08-2019, 13:04

KÉnanla Beren Saatın boÅanma xÉbÉrlÉrinÉ

Türkiyənin tanınmış müğənnisi Kənan Doğulu boşanma iddialarına nöqtə qoyub. O, Ayvalıkta verdiyi konsertdə həyat yoldaşı, aktrisa Beren Saat ilə boşanacaqları barədə xəbərə aydınlıq gətirib.
“Ölkə.Az” xəbər verir ki, Beren Saatın anası Ayla Saat və ana nənəsi Həbibə Dikmen Kənan Doğulunun konsertini izləyənlər arasında olub. Doğulu konsert zamanı hər iki şəxsə öpücük və sevgi dolu mesajlar ünvanlayıb.
Doğulunun bu hərəkətləri və  nəşəli halları aylardır sürən boşanma  xəbərlərinə cavab kimi dəyərləndirilib.
Beren Saat  konserti izləyənlər arasında olmasa da, Doğulu onun üçün bəstələdiyi “Yosun” mahnısını ifa edib.



Paylaş: