“Cehizsiz gəlinlər” yenidən görüşdü
Tarix: 16-08-2019, 12:56



“Cehizsiz gəlinlər” serialının 3 bacısı yenidən bir araya gəliblər.
 
Primetime.az xəbər verir ki, uzun aradan sonra aktrisalar Günay Əhməd, Cəmilə Tağızadə və Rumiyə Ağayeva  fotosessiya etdiriblər.
 
“Bir zamanlar varlığımızdan xəbərsiz üç aktrisa idik. Amma “Cehizsiz gəlinlər” bizi yalnız serialda deyil, həyatda da baxı etdi. Elə belə bacı yox, əsl bacı. Kədərinə içdən üzülən, sevincini paylaşan, səmimi və dürüst. Bu gün aramızda elə böyük bir bağ var ki… İnşallah, bu rəsmləri illər sonra da təzələmək diləyi ilə… Sizin Qəmər, Hicran və Zülfiyyə…” – deyə Günay Əhməd bildirib.
 
Aktrisa Cəmilə Tağızadə nəinki serialda, real həyatda da həmkarlarından doğmalıq gördüyünü söyləyib:
 
“”Cehizsiz gəlinlər”də bacıları oynasaq da həyatda həqiqətən də bacı olduq! Mənə həm böyük uğur gətirən, həm çox əziyyət çəkdirən, həm də çox gözəl dostlar qazandıran serial idi. Mənim həm pis, həm də yaxşı günümdə yanımda olan, vətənimdən uzaqda olsam da belə hər zaman mənimlə olan bacılarım, Günay və Rumiya. Yenidən bir layihələrdə, maraqlı işlərdə çalışmaq ümidi ilə deyirəm”.
 
Qeyd edək ki, “Cehizsiz gəlinlər” serialı 2016-2017-ci illərdə Xəzər TV-də yayımlanıb.







Paylaş: