Müğənni Rahidə Baxışa qarşı 35 min manatlıq dələduzluq edilib
Tarix: 16-08-2019, 12:27




Müğənni Rahidə Baxışın evində usta işləyən şəxs ona qarşı dələduzluq edilib.
"Report"un xəbərinə görə, bir neçə ay əvvəl müğənninin evində təmir işləri aparmağa söz verən usta ondan 35 min manat pul alıb. Lakin o, sonradan telefon zənglərinə cavab verməyib.
Müğənni ustadan polisə şikayət edib.
Rahidə Baxış "Report"a açıqlamasında məlumatı təsdiqləyib: "İstərdim digər insanlar da belə məsələlərdə ehtiyatlı olsunlar".

Paylaş: