“Atalara gələn qada-bala analara getsin” – Kamil Zeynallı
Tarix: 16-08-2019, 11:55




Müğənni Gülay Zeynallının həyat yoldaşı, məşqçi Kamil Zeynallı sosial şəbəkədə ilginc paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, qızı Sahiləyə yemək yedirdiyi görüntüləri “Instagram” hesabında paylaşan K.Zeynallı anaların əziyyətini vurğulayıb:
“Yazıq analar nələr çəkirsinizz siz?  Bir uşağa yemək yedizdirənə kimi dəli olmuşdum. Allah ataları qorusun, İnşallah, atalara gələn qada-bala analara getsin.  Axı, atalar yazıqdır, əziyyət çəkirik, hər gün qəlyan çəkirik, çay içirik, o restoran, bu restoranda yeyib-içirik, istədiyimiz yerə gedib-gəlirik, telefonda qız adlarını kişi adları ilə əvəz edirik, ağ “saruçka” geyinib görüşə zada getmirik ki, amanın günüdür, ləkə düşər evdə əziyyət çəkməsinlər sonra yuyanda. Bu dediklərim, etdiklərimiz bəyəm əziyyət deyil???  Zülm çəkirik...”

VİDEO BURADA​​​






Paylaş: