Pərvin əsəbiləşdi - “Çörəyinizi əlinizdən almışam?”
Tarix: 16-08-2019, 11:00




Aktrisa Pərvin Abıyeva Parisə istirahətə yollanıb.
UlduzumSan.Az Axşam.az--a istinadən xəbər verir ki, tətil fotolarını paylaşan aktrisaya izləyicilərdən biri “Sonradan görənlər silsiləsindən şəkillər dayanmır zalımın qızında” rəyini yazıb.
Onun bu rəyi Pərvini özündən çıxarıb. Aktrisa izləyicisinə belə cavab verib:
“Maraqlıdır ki, bu aqressiya sizdə haradandır? Sizə pul atıb gəzirəm, ya yerinizdə gəzirəm? Çörəyinizi əlinizdən alıram, ya nəsə pislik etmişəm? Niyə içinizdə sevgi yerinə kin bəsləyirsiniz? Mən dünyanın çox yerini gəzmişəm, əzizim, sonradan görən dünyanı gəzmir. İçinizə sevgi toxumları əkin, bu rəyi yazmağa sizə milyonlar vermirlər”.
Qeyd edək ki, P.Abıyeva Azərbaycanda ən çox müzakirə olunan məşhurlardan biridir.




Paylaş: