Xalq artisti Nəzakət Teymurova konsert verəcək - Giriş pulsuzdur
Tarix: 16-08-2019, 10:31



Xalq artisti Nəzakət Teymurova Heydər Əliyev Mərkəzinin parkında konsert verəcək.
Open.az xəbər verir ki, bu barədə müğənni məlumat yayıb.
Avqustun 17-si saat 20.00-da baş tutacaq Muğam konsertində Azərbaycanın Xalq artisti Nəzakət Teymurova "Xarı bülbül" muğam qrupunun müşayiəti ilə çıxış edəcək.
Qeyd edək ki, "Xarı bülbül" muğam qrupunun bədii rəhbəri Əməkdar artist, tarzən Əliağa Sədiyevdir.



Xalq artisti Nəzakət Teymurova konsert verəcək

Paylaş: